BİNA HAQQINDA

Dinamik sürətdə inkişaf edən aparıcı biznes müəssisələrinə beynəlxalq səviyyəli iş təcrübəsi təklif etmək məqsədi ilə yaradılmış Bakı Ağ Şəhər Ofis Binası ideal yerləşmə və mükəmməl memarlıq üslubuna malikdir. Bağ landşaftlı, ecazkar görünüşlu, nəfis vestibüllü və yüksək komfortlu bu bina bütün rahatlıq tələblərinizə cavab verir.

Dünya səviyyəli xüsusiyyətlər və imkanlarla, eləcə də ən mükəmməl tərtibat və strukturla bərabər, münasib yerləşmə və rahat dizayn Ofis Binasını Bakıda işləmək və biznes qurmaq üçün ən məqsədəuyğun yerlərdən birinə çevirir.