Atkins Böyük Britaniyada ən böyük mühəndislik məsləhətçisi, Avropada üçüncü ən böyük çoxşaxəli məsləhət və dünyanın on dördüncü ən böyük məsləhətçi şirkətidir. İstər yeni göydələn konsepsiyası, ya dəmir yolu şəbəkəsinin müasirləşdirilməsi, istərsə də daşqın müdafiə sistemi və ya bir idarəetmə prosesinin təkmilləşdirilməsi olsun, Atkins komandası plan, dizayn və həllər yaradır. Atkins komandasının bacarıqları infrastrukturun geniş sahəli olmasındadır – binalar; dəniz, hava və yer nəqliyyatı; informasiya-kommunikasiya və təhlükəsizlik sistemləri; kommunal xidmətlər (enerji və su daxil olmaqla); həmçinin komanda beynəlxalq milli, yerli və kommersiya sektorları ilə iş birliyi təcrübəsinə malikdir. İşin sosial və ekoloji tərəflərinin vacibliyini nəzərə alaraq, Atkins bütün layihələrə onları təmsil edən icmanın kontekstində baxır. |
|
Мerner Zobek adı dünyanın hər yerində mühəndislik, yüksək texnologiyalı və davamlı dizayn sinonimidir. Şirkətin fəaliyyəti yüksək keyfiyyətli dizayn prinsiplərinə əsaslanaraq, qabaqcıl mühəndislik texnologiyalarına və rasional enerji istehlakına yönəldilmişdir. 1992-ci ildə təsis edilmiş şirkətdə bütün növ binalar və struktur materialları üzrə ixtisaslaşan 300-dən çox işçi çalışır. | |
30 ildən artıq təcrübəsi olan Arabian Profile (APL) tamamlama materialları istehsalında dünya lideridir. Şirkət bina fasadı və memarlıq dizaynı üzə böyük imkanlar təklif edir. APL məhsulları etibarlılıq, forma, istilik effektivliyi, cəlb edici görünüş və uğurlu investisiyaları təmin edir. | |
JLL daşınmaz əmlak xidmətləri və sərmayə idarəetməsi üzrə ixtisaslaşan peşəkar maliyyə xidmətləri şirkətidir. JLL daşınmaz əmlaka sərmayə yatıran və istifadə edən qurumlara dəyər yaradır. 48 000 nəfər beynəlxalq və yerli investorlar və şirkətlər üçün 70 ölkədə 1000-dən artıq nöqtədə çalışır. Şirkətin xidmətləri bütün növ əmlak, əmlak və kapital bazarları üzərində ixtisaslaşmışdır. | |
Erginoğlu & Çalışlar Memarlıq 1993-cü ildə Həsən Çalışlar və Kərəm Erginoğlu tərəfindən İstanbulda təsis edilmiş müstəqil memarlar şirkətidir. Şirkət müxtəlif sahələr üzrə beynəlxalq və yerli layihələrin uğurundan böyük təcrübə qazanmışdır. Burada şəhərsalma, memarlıq, interyer dizayn kimi xidmətlər göstərilir. Erginoğlu & Çalışlar Memarlıq innovativ layihələr üzrə müxtəlif mükafatlar qazanmışdır. | |
BRE Global tədqiqat, məsləhət, tikinti və ekoloji sahələr üçün yoxlama həyata keçirən təşkilatdır. BRE həmçinin BREEAM ekoloji dəyərləndirmə sxeminin sahibir. BREEAM ən geniş istifadə olunan binaların davamlılığının qiymətləndirilməsi və təsdiqlənməsi metodudur. 250 000-dən artıq binə BREEAM tərəfindən sertifikatlaşdırılmışdır və milyondan artıq bina sertifikatlaşdırılmaq üçün qeydiyyatdan keçmişdir. Bunlardan çoxusu Böyük Britaniyada və qalanları 50-dən artıq ölkədədir. | |
Türkiyənin ən böyük tikinti şirkətlərindən biri və dünyada ən tanınmış podratçı olan TML 1992-ci ildə təsis edilmişdir. Təsisçilərin sənaye və idarəetmə biliklərinə əsasən şirkət bir çox xarici və yerli müştərilərin üstünlük verdiyi məsləhətçidir. TML şirkəti Gürcüstan, Bosniya və Hersoqovinada bir sıra layihələri bitirmiş və hazırda Azərbaycan, Libiya, Saudi Ərəbistan, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində bir neçə layihə üzərində çalışır. | |
Saentys brendlərə və dizayna yenilik və təxəyyül gətirən yaradıcı agentlikdir. Saentys mətbəə, veb səhifələr üçün rəqəmsal dizayn və interaktiv kampaniyalar daxil olmaqla dizaynın bütün sahələri ilə məşğuldur. Şirkətin geniş müştəri bazası mövcuddur – daşınmaz əmlak şirkətləri, Michelin ulduzlu restoranlar, incəsənət və həyat tərzi təşkilatları, xeyriyyə cəmiyyətləri və s. |