XÜSUSİYYƏTLƏR
1. A DƏRƏCƏLİ OFİSLƏR
Bakı Ağ Şəhər Ofis Binasında təqdim olunan ofis sahələri Sizin yüksək keyfiyyət, qabaqcıl spesifikasiya və sistemlərlə bağlı bütün gözləntilərinizə cavab verir.
2. MÜNASİB FƏALİYYƏT MƏKANLARI
Ofis Binasının struktur tərtibatı hər bir icarə sahəsindəki sütunların sayını azaldaraq fərdi ofislərin, açıq planlı sahələrin, mebel və avadanlıqların ümumi əlverişliliyi üçün şərait yaradır. Binanın əksər hissəsindəki tavanlarda ucları kənara çıxan tirlər yoxdur, bu isə tavaların hündürlüyünü vurğulayır, otaqların və arakəsmələrin əlverilşli konfiqurasiyasına şərait yaradır.
3. TERRASLAR VƏ EYVANLAR
Hər mərtəbənin öz eyvanı var və binanın beş ən yuxarı mərtəbəsi geniş terraslardan ibarətdir. Eyvanlar və terraslar təmiz havaya və günəşə, eləcə də Xəzər dənizi və şəhərin möhtəşəm mənzərəsinə açılır.
4. SƏS KEÇİRMƏYƏN ŞÜŞƏ VƏ ECAZKAR FASAD
Səsin minimuma endirilməsinə və iş sahəsində sakitliyin təmin olunmasına kömək edən “sakit” divar sistemi yüksək keyfiyyətli ikiqat şüşə paketindən ibarətdir. Bu sistem küçədən gələn səs-küyün qarşısını alır və beləliklə də, binanın yaxınılığındakı yollarla hərəkət edən maşınların səs-küyü Sizi narahat etmir.
5. AVTOPARKİNQ
Yerin altında və üstündə istər binada çalışan şəxslər, istərsə də qonaqlar üçün ümumilikdə 350 yerlik avtomobil parkinqi nəzərdə tutulub, bu da ofis sahəsinin hər 60 kvadrat metri üçün bir avtomobil yeri deməkdir. Bütün bunlar Bakının ən çox həsəd yaradıcı məkanlarından birində mövcuddur.
6. YAŞILLIQ VƏ EKOLOJİ TƏMİZLİK
Mütərəqqi sxemə riayət etməklə, Ofis Binasının yaradılmasında nəzərə alınan əsas amil yerli ətraf mühit və ekologiyadır. Buna görə də binanın tərtibatında və tikintisində yüksək davamlılıq standartları nəzərə alınıb və hal-hazırda bina BRE Global (müstəqil qiymətləndirmə orqanı) tərəfindən qlobal miqyasda tanınan BREEAM sertifikasiyası üzrə yüksək səviyyədə qiymətləndirilib.
TEXNİKİ XÜSUSİYYƏTLƏR
1. 1.75 m/s sürətə qədər, 13 adamlıq kabinli Thyssen Krupp liftləri,
2. Enerjiyə qənaət edən dördüncü nəsil Daikin VRV kondisioner sistemi
3. Enerjiyə qənaət edən LED işıqlandırma
4. Qaz və dizel yanacağı ilə çalışan iki səviyyəli gözlü istilik sistemi. Mərkəzləşdirilmiş gizli istilik sistemi
5. Binanın muxtar istilik təchizatı - 7 gün
6. Su filtrasiya və yumşaldıcısı ilə su sistemi; xüsusi antibakterial örtüklü çən.
7. Binanın muxtar su təchizatı - 3 gün
8. Generatorlar vasitəsilə binanın 100% fasiləsiz enerji təchizatı
9. 1-ə bölünən daimi təmiz hava təchizatı - SYSTEMAIR avadanlığı
10. Ayrılan CO2-nin ətraf mühitdə tam həll olunması
11. Mərtəbələrdə zibil borusu
12. Binanın və ətrafın 24-saat təhlükəsizliyi
STANDARTLAR
1. Binaların beton strukturları - * 8110 ASHRAE *, CIBSE *, NFPA * və BS 8110 standartlarına uyğun olaraq
2. Polad strukturları - BS 5950 standartlarına uyğun olaraq
3. Binanın təzyiqlər - BS 6399 standartlarına uyğun olaraq
4. Təməllər - BS 8004 uyğun
5. Seysmik yük- 1997-ci ildə UBC standartlarına uyğun olaraq 9 bala qədər Rixter cədvəli üzrə. 8 bal.
6. Hidroizolyasiya - BS 8007 və BS 5628 standartlarına uyğun olaraq
7. Xarici drenaj və kanalizasiya - BS EN 752-6-1998 standartlarına uyğun olaraq
8. Məişət-tullantı sularının toplanması və aradan qaldırılması - BS 5572 və BS 8301, BS 752 standartlarına uyğun olaraq
9. Su təchizatı - BS 6700 standartlarına uyğun olaraq
10. Yanğın siqnalizasiyası və yanğınsöndürmə - BS 5839 və NFPA-13, 14 və 15, BS EN 12845, NFPA 20 standartlarına uyğun olaraq
11. İsitmə, ventilyasiya və kondisioner sistemi - ASHRAE, NFPA 90A, BS 5655, BS 5410, BS 6880 və BS 799 standartlarına uyğun olaraq
12. İşıqlandırma - CIBSE L2003 standartlarına uyğun olaraq
13. Torpaqlama sistemi və elektrik şəbəkələrinin mühafizəsi - BS 6651, BS 7430 və BS 7671 standartlarına uyğun olaraq
14. İldırıma qarşı binaların qorunması - BS 6651-ci standartlarına uyğun olaraq
15. Strukturlaşdırılmış Kabel Sistemi və server otağı - EIA / TIA 568B və EITC standartlarına uyğun olaraq